Yeni araşdırma Spartanın yaranması ilə bağlı qəbul olunmuş tarixi baxışları şübhə altına alırbackend

Yeni araşdırma Spartanın yaranması ilə bağlı qəbul olunmuş tarixi baxışları şübhə altına alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qədim Yunanıstanın ən güclü şəhər-dövlətlərindən biri olan Sparta uzun müddət “sırf döyüşçü cəmiyyəti” kimi qəbul edilib.

Bu obraz “spartalı ruh” anlayışının da formalaşmasına təsir göstərib — yəni məqsəd uğrunda çətinliklərə dözüm və sərt intizam.
Lakin tarixçi Hans Bekin yeni elmi araşdırması Spartanın yaranması ilə bağlı ənənəvi nəzəriyyələri yenidən qiymətləndirməyə səbəb olub.

Mütəxəssisin fikrincə, Spartanın formalaşması əvvəl düşünülən kimi yalnız hərbi əsaslı və planlı şəkildə qurulmuş bir sistem olmayıb. Yeni arxeoloji tapıntılar və tarixi mənbələrin təhlili bu şəhər-dövlətin daha mürəkkəb sosial və siyasi proseslər nəticəsində tədricən inkişaf etdiyini göstərir.
Araşdırma Spartanın yüksəlişi barədə mövcud akademik baxışlara yenidən baxılmasına zəmin yarada bilər.

//Samir Qurbanov, Editor.az