Britaniyalı deputat: Ukraynanın üstünlüyü Avropanı çətin seçim qarşısında qoya bilərbackend

Britaniyalı deputat: Ukraynanın üstünlüyü Avropanı çətin seçim qarşısında qoya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya parlamentinin üzvü Mike Martin hesab edir ki, Ukrayna son dövrlərdə müharibədə təşəbbüsü qismən öz əlinə alaraq vəziyyəti öz xeyrinə dəyişməyə başlayıb.

Editor.az xəbər verir ki, bu barədə o, The Telegraph nəşrində dərc olunan məqaləsində yazıb.

Martinə görə, Ukraynanın strategiyasının uğur qazanmasında iki əsas amil mühüm rol oynayıb. Onun fikrincə, bu amillər Rusiyaya təzyiqi artırıb və atəşkəs ehtimalını əvvəlki dövrlərlə müqayisədə yüksəldib.

Lakin britaniyalı deputat xəbərdarlıq edir ki, mümkün atəşkəs və ya münaqişənin dondurulması Avropa üçün avtomatik olaraq təhlükəsizliyin bərpası demək deyil. Əksinə, belə bir ssenari Rusiyanın hərbi potensialını yenidən toplamasına, Avropanın isə uzunmüddətli təhlükəsizlik çağırışları ilə üzləşməsinə səbəb ola bilər.

Məqalədə vurğulanır ki, Avropa ölkələri yalnız müharibənin dayanmasına deyil, həm də müharibədən sonrakı təhlükəsizlik arxitekturasına hazır olmalıdırlar. Buna görə də Ukraynadakı hadisələrin gedişi Avropada həm ümid, həm də narahatlıqla izlənilir.

//Samir Qurbanov, Editor.az