İsrailin keçmiş səfirindən sensasion etiraf: Biz hələ də Rusiyadan qorxuruqbackend

İsrailin keçmiş səfirindən sensasion etiraf: Biz hələ də Rusiyadan qorxuruq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Rusiyadakı keçmiş səfiri Arkadi Milman Moskvanın İran və HƏMAS-a dəstəyinə baxmayaraq, Təl-Əvivin Kremlə qarşı sərt mövqe tutmamasının səbəbini açıqlayıb. Diplomatın sözlərinə görə, İsrailin siyasi və hərbi rəhbərliyində Rusiyaya qarşı onilliklərdən bəri davam edən psixoloji qorxu mövcuddur.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Milman bu barədə İsrailin Newsru.co.il saytının “Nepeçatnoye. Live” proqramında danışıb.

Keçmiş səfir bildirib ki, Rusiya ilə İsrail arasında münasibətlər getdikcə pisləşsə də, İsrail rəhbərliyi Moskvanın İranla hərbi əməkdaşlığına və HƏMAS-a diplomatik dəstəyinə lazımi reaksiya vermir.

“1970-ci illərdən İsrailin siyasi və hərbi elitasında əvvəlcə SSRİ, sonra isə Rusiya qarşısında qorxu yaranıb. Həmişə düşünürdülər ki, birdən Moskva bizə qarşı nəsə edər. Mən isə bunun əsassız olduğunu deyirdim. İndi Rusiya Ukraynanın hər yerində yəhudiləri də bombalayır. Münasibətlər pisləşib, amma İsrail siyasətçiləri həmin psixoloji qorxunu qoruyub saxlayırlar”, – deyə Milman bildirib.

Diplomatın fikrincə, Rusiya ilə münasibətlərdə sərt mövqe nəticə verə bilər. O, 2004-cü ildə yaşanmış hadisəni misal çəkib. Həmin vaxt Rusiya İsrailin EL AL aviaşirkətinin təhlükəsizlik əməkdaşlarının Sankt-Peterburqa uçuşları müşayiət etməsinə icazə verməyib. İsrail cavab olaraq Rusiya təyyarəsinin Ben-Qurion hava limanına enişini qadağan etdikdən bir neçə gün sonra Moskva geri çəkilib.

“Putin yalnız gücü başa düşür”, – deyə keçmiş səfir vurğulayıb.

Milman İsrailin baş naziri Benyamin Netanyahunu da tənqid edib. Onun sözlərinə görə, ölkənin artıq vahid xarici siyasət strategiyası yoxdur və qərarları Xarici İşlər Nazirliyi deyil, şəxsən Netanyahu müəyyənləşdirir.

“Əvvəllər müxtəlif fikirlər öyrənilir, uzun müzakirələr aparılırdı. İndi isə yalnız bir nəfərin – Netanyahunun mövqeyi var. O, bu yaxınlarda Knessetdə Putinlə çox yaxşı münasibətlərinin olduğunu söylədi”, – deyə diplomat qeyd edib.