İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı – 125 kiloqrama yaxın maddə aşkarlanıbbackend

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı – 125 kiloqrama yaxın maddə aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ərazisindən Azərbaycana narkotik vasitələrin qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb. Əməliyyat tədbirləri zamanı ümumilikdə 124 kiloqram 965 qram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Editor.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, hadisələr DSX Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.

Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində oktyabrın 11-də 75 kiloqram 515 qram, oktyabrın 12-də isə 49 kiloqram 450 qram narkotik vasitə aşkar edilib.

Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.