Bakının Qaradağ rayonunda məktəb direktoruna məxsus avtomobilin yandırılması ilə bağlı hadisənin üstü açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Editor.az xəbər verir ki, hadisə oktyabrın 12-də qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində avtomobili yandıran şəxsin əvvəllər məhkum olunmuş Fuad İbrahimov olduğu müəyyən edilib. O, həbs olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda hadisənin səbəbləri və digər təfərrüatları araşdırılır.

