Azərbaycan və Laos xidməti pasport daşıyan şəxslərin qarşılıqlı olaraq viza almaq öhdəliyindən azad edilməsi barədə razılığa gəliblər.
Editor.az xəbər verir ki, müvafiq sənədlərin mübadiləsi oktyabrın 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Laos Prezidenti Thonqlun Sisulitin iştirakı ilə baş tutub.
“Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Laosun Baş nazirinin müavini, xarici işlər naziri Tonqsavan Fomfihan mübadilə ediblər.
Razılaşma iki ölkə arasında xidməti pasport sahiblərinin səfərləri ilə bağlı viza prosedurlarının sadələşdirilməsini nəzərdə tutur.

