Azərbaycana gətirilən yük maşınında külli miqdarda dərman aşkarlandıbackend

Azərbaycana gətirilən yük maşınında külli miqdarda dərman aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana Gürcüstandan gətirilən yük avtomobilində gömrükdən gizlədilmiş, keyfiyyəti məlum olmayan külli miqdarda dərman vasitələri aşkarlanıb.

Editor.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Balakən Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində dərman vasitələrinin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.

Hadisə “Mazımqara” gömrük postunda qeydə alınıb. Gürcüstandan Azərbaycana daxil olan yük avtomobili stasionar rentgen qurğusu vasitəsilə yoxlanılarkən yük hissəsində şübhəli təsvirlər müəyyən edilib.

Bundan sonra nəqliyyat vasitəsinə ətraflı baxış keçirilib. Yoxlama zamanı avtomobilin qoşqusunda gömrük orqanlarına bəyan edilməyən və nəzarətdən gizlədilən, dörd karton qutuda qablaşdırılmış külli miqdarda dərman vasitələri tapılıb.

Aşkar edilən dərmanların keyfiyyəti barədə məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.