Oktyabrın 13-də maqnit qasırğası qeydə alındı: Son vəziyyətbackend

Oktyabrın 13-də maqnit qasırğası qeydə alındı: Son vəziyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 13-də Günəşdə baş verən aktivlik nəticəsində Yer kürəsində geomaqnit hərəkətliliyi artıb. Maqnit qasırğasının gücü K-indeksi üzrə 5 bal səviyyəsinə yüksəlib.

Editor.az xəbər verir ki, bu barədə Meteoagent və Britaniya Geoloji Tədqiqatının məlumatlarında qeyd olunub.

Məlumata əsasən, oktyabrın 10-da Günəşdə qeydə alınan tac kütləsinin atılması Yer kürəsinin kənar hissələrinə təsir göstərib. Günəşdəki koronal dəliklərdən gələn sürətli günəş küləyi axını ilə bu hadisənin üst-üstə düşməsi geomaqnit aktivliyinin daha da güclənməsinə səbəb ola bilər.

Proqnozlara görə, yaxın müddətdə zəif və orta intensivlikli G1-G2 səviyyəli maqnit qasırğaları da müşahidə edilə bilər.

Mütəxəssislərin bildirdiyinə görə, bəzi insanlar bu dövrdə özlərini daha narahat hiss edə bilərlər. Xüsusilə yuxu problemi və tez yorulma yaşayan şəxslər, eləcə də ürək-damar xəstəlikləri olan insanlar baş ağrısı, halsızlıq, yuxululuq, əsəbilik və yuxu pozuntularından şikayət edə bilərlər.

Qeyd edək ki, bu əlamətlərin maqnit qasırğası ilə əlaqəsi hər kəs üçün eyni deyil və belə şikayətlər yarandıqda onları avtomatik olaraq geomaqnit aktivliyi ilə əlaqələndirmək olmaz.