Hindistanda Modi üçün üç cəbhədə sınaq: gənclərin etirazları, ABŞ-la gərginlik və iqtisadi təzyiqbackend

Hindistanda Modi üçün üç cəbhədə sınaq: gənclərin etirazları, ABŞ-la gərginlik və iqtisadi təzyiq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Baş naziri Narendra Modi hakimiyyətinin 13-cü ilində daxili siyasət, beynəlxalq münasibətlər və iqtisadiyyat sahələrində bir sıra çətinliklərlə üzləşib.

Editor.az xəbər verir ki, Reuters-in təhlilinə görə, ölkədə gənclərin etirazları, ABŞ-la ticarət fikir ayrılıqları və milli valyutanın zəifləməsi hökumət üzərində təzyiqi artırır.

Daxili siyasətdə narazılığın əsas səbəblərindən biri imtahan suallarının sızdırılması ilə bağlı mübahisələr olub. Bu məsələdən başlayan gənclər hərəkatının sonradan seçki prosesinə dair narahatlıqlara da yönəldiyi bildirilir.

Reuters-in məlumatına görə, seçici siyahılarından 130 milyon adın çıxarılması ilə bağlı məsələ də müzakirələrin mərkəzindədir.
Bu vəziyyət Hindistanda seçkilərin şəffaflığı və seçicilərin hüquqları barədə siyasi mübahisələri gücləndirə bilər. Hökumət tərəfdarlarının seçkilərdə uğurları olsa da, gənclər arasında narazılığın artması hakim partiya üçün əlavə siyasi risk yaradır.
Xarici siyasətdə ABŞ-la münasibətlərdə ticarət danışıqlarının ləngiməsi və Hindistanın Rusiya neftini alması ilə bağlı Vaşinqtonun təzyiqləri ön plana çıxır. ABŞ-ın əmək miqrasiyası və işçi sertifikatlaşdırılması qaydalarındakı dəyişikliklər də Hindistanın informasiya texnologiyaları sektoruna təsir edə bilər.

İqtisadi vəziyyət də hökumətin qarşısında ciddi vəzifələr qoyur. Reuters-in məlumatında sentyabr ayında illik inflyasiyanın 5,54 faizə yüksəldiyi, yüksək neft qiymətlərinin və xarici kapital axınının rupi üzərində təzyiq yaratdığı qeyd edilir.

//Samir Qurbanov, Editor.az