Azərbaycan idmançısı Kənan Vəliyevə antidopinq qaydalarını pozduğuna görə ikiillik diskvalifikasiya cəzası verilib.
Editor.az Oxu.az-a istinadən xəbər verir ki, idmançıya tətbiq edilən sanksiya 15 aprel 2026-cı il tarixindən qüvvəyə minib və 15 aprel 2028-ci ilədək davam edəcək.
Diskvalifikasiyaya səbəb Kənan Vəliyevin dopinq nümunəsinin götürülməsi prosedurundan yayınması, nümunə verməkdən imtina etməsi və ya onu təqdim etməməsi olub. Bu hal antidopinq qaydalarının 2.3-cü maddəsinin pozulması kimi qiymətləndirilib.

