Yəməndə qarşıdurma daha da kəskinləşir: Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya neft obyektlərini vurubbackend

Yəməndə qarşıdurma daha da kəskinləşir: Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya neft obyektlərini vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəməndə davam edən münaqişə yeni mərhələyə daxil olub. Associated Press-in məlumatına görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin nəzarətində olan paytaxt Səna şəhərinin qərbindəki neft obyektlərinə hava zərbələri endirib.

Editor.az xəbər verir ki, bu hadisə regionda onsuz da gərgin olan hərbi-siyasi vəziyyətin daha da ağırlaşması ehtimalını artırır.

Zərbələrdən əvvəl koalisiyanın mülki əhaliyə təhlükəli ərazini tərk etmək barədə xəbərdarlıq etdiyi bildirilir. Hədəf alınan obyektlərdən biri Yəmən Neft Şirkəti ilə əlaqəli ərazi olub. Şirkət anbarlarda neft ehtiyatının olmadığını bildirsə də, zərbələr nəticəsində paytaxtda partlayış səsləri eşidilib.

Husilərin hərbi nümayəndəsi Yəhya Səriyə Səudiyyə Ərəbistanına qarşı cavab tədbirləri görülə biləcəyini bəyan edib. Qarşıdurmanın genişlənməsi xüsusilə Qırmızı dənizlə Ədən körfəzini birləşdirən strateji Bab əl-Məndəb boğazı ətrafında təhlükəsizlik risklərini artırır.

Məlumata əsasən, husilərin əvvəlki hücumları arasında Ər-Riyadın beynəlxalq hava limanına raket və pilotsuz uçuş aparatları ilə zərbələr də olub. Həmin hücum nəticəsində 13 nəfərin öldüyü, 300-dən çox insanın yaralandığı bildirilir. Yəmənin Taiz bölgəsində də döyüşlər davam edir.
Misir tərəfi hücumları pisləyərək diplomatik həllin vacibliyini vurğulayıb. ABŞ-ın Səudiyyə Ərəbistanına kəşfiyyat dəstəyi verdiyi, lakin birbaşa hərbi müdaxilədən çəkindiyi qeyd olunur.

//Samir Qurbanov, Editor.az