Latviyada hava həyəcanı: Sərhədi keçən PUA vuruldubackend

Latviyada hava həyəcanı: Sərhədi keçən PUA vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviya ərazisində qırıcı təyyarə ölkənin hava məkanına icazəsiz daxil olan pilotsuz uçuş aparatını (PUA) vuraraq məhv edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə ölkənin Milli Silahlı Qüvvələrinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında açıqlama yayılıb:

“Hava məkanımızdakı təhlükənin artıq sovuşduğunu bildiririk. Müttəfiq qırıcı təyyarələri hava məkanımıza daxil olan pilotsuz uçuş aparatını uğurla zərərsizləşdiriblər”.

Bildirilir ki, səhər saat 4 radələrində ölkənin şərq və cənub-şərq bölgələrində yerləşən Auqşdauqava, Preyli, Rezekne və Balvi bölgələrində hava həyəcanı siqnalı verilib.

Hərbçilər sərhədi pozan dronun məhv edilməsi barədə təxminən yarım saat sonra məlumat veriblər.