Türkiyədən Ermənistanla bağlı gözlənilməz QƏRAR: BUNDAN SONRA…backend

Türkiyədən Ermənistanla bağlı gözlənilməz QƏRAR: BUNDAN SONRA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Ticarət Nazirliyi ölkənin “BİLGE” gömrük sisteminə Ermənistanın rəsmi ölkə kodunu – “077” kodunu daxil edib.

Musavat.com xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, bundan sonra üçüncü ölkələr vasitəsilə Ermənistanla həyata keçirilən idxal, ixrac və tranzit əməliyyatlarının rəsmiləşdirilməsi zamanı gömrük bəyannamələrində bu rəsmi koddan birbaşa istifadə etmək mümkün olacaq.

Bu qərar iki ölkə arasındakı ticarət dövriyyəsinin tənzimlənməsində mühüm mərhələ hesab olunur.

“Sabah” qəzetinin əldə etdiyi məlumata görə, yeni dəyişikliklərlə üçüncü dövlətlərdən keçən yüklərin sənədlərində mənşə ölkəsi və ya son təyinat məntəqəsi kimi birbaşa “Ermənistan/Türkiyə” qeyd edilə biləcək.

Nəşr yazır ki, hazırda Türkiyə ilə Ermənistan arasında mövcud ticarət dövriyyəsi təxminən 335–350 milyon dollar təşkil edir. Tərəflərin qısamüddətli əsas hədəfi isə bu göstəricini sürətlə artıraraq 1 milyard dollara çatdırmaqdır.