ABŞ hərbçiləri İranın Çabahar şəhər limanının müşahidə qülləsini məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“ABŞ Silahlı Qüvvələri iyulun 16-da Çabahardakı limanda Oman körfəzi sahillərində dəniz müşahidə sisteminin bir hissəsi olan müşahidə qülləsini uğurla məhv edib”, – deyə komandanlığın “X” sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.
CENTCOM-un iddiasına görə, qüllədən İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Hörmüz boğazından keçən gəmiləri izləmək üçün istifadə olunurdu.
Çabahar İranın Makran sahillərində, Hörmüz boğazının girişində yerləşir. Bu, Hind okeanına birbaşa çıxışı olan yeganə İran limanıdır.

