Çin Rusiyaya Arktika sinifli gəmilərin inşası üçün vacib əhəmiyyət daşıyan texnologiyaların tədarükünü faktiki olaraq dayandırıb. Bu barədə Rusiya Dəniz Donanmasının Mərkəzi Elmi-Tədqiqat İnstitutunun təqdimatına istinadən The Moscow Times məlumat yayıb.
Editor.az xəbər verir ki, məlumata görə, Pekin bu addımı ilə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qismən uyğun mövqe sərgiləyib. Nəticədə, Şimal Dəniz Marşrutu üçün nəzərdə tutulan xüsusi buz sinifli gəmilərin tikintisində istifadə olunan texnologiyaların Rusiyaya çatdırılması dayandırılıb.
Ekspertlərin fikrincə, bu qərar Rusiyanın Arktika layihələrinin həyata keçirilməsini çətinləşdirə və Şimal Dəniz Marşrutunun inkişaf planlarını ləngidə bilər.
Bu marşrut Moskvanın Asiya ilə ticarət əlaqələrinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
//Samir Qurbanov, Editor.az

