Ukrayna Prezidenti Volodimir Zelenski Polşa ilə tarixi məsələlər üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım atacaqlarını açıqlayıb.
Dövlət başçısı bildirib ki, Kiyev Volın qırğını ilə bağlı sənədlərin araşdırılması məqsədilə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin (SZRU) arxivlərində saxlanılan materialları açacaq.
Zelenskinin sözlərinə görə, bu qərar tarixi həqiqətlərin araşdırılmasına, Ukrayna ilə Polşa arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və iki ölkə arasında dialoqun inkişafına xidmət edəcək.
Volın qırğını İkinci Dünya müharibəsi illərində baş vermiş və bu günə qədər Ukrayna–Polşa münasibətlərində ən həssas tarixi mövzulardan biri olaraq qalır.
//Samir Qurbanov, Editor.az

