Uqandanın şərqində məktəbliləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində azı 20 şagird və bir yetkin şəxs həyatını itirib.
Məlumata görə, paytaxt Kampaladakı King David Junior School məktəbinə məxsus avtobus Sipi şəlalələrinə təşkil olunan ekskursiyadan qayıdarkən Kapçorva rayonunda idarəetmədən çıxaraq böyük qayaya çırpılıb və aşıb. İlkin məlumata əsasən, sürücü nəqliyyat vasitəsinə nəzarəti itirib.
Qəza nəticəsində onlarla şagird müxtəlif dərəcəli xəsarətlər alıb, onların bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir. Hadisənin səbəbləri araşdırılır. Faciədən sonra Uqanda hökuməti ölkə üzrə bütün məktəb ekskursiyalarını müvəqqəti dayandırdığını açıqlayıb.
//Samir Qurbanov, Editor.az

