Ukrayna Prezidenti Volodimir Zelenski Aleksandr Pokladı Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən şəxs təyin edib.
Müvafiq qərar dövlət başçısının imzaladığı 622/2026 nömrəli fərman ilə rəsmiləşdirilib. Fərmana əsasən, indiyədək SBU sədrinin birinci müavini vəzifəsində çalışan Aleksandr Poklad quruma müvəqqəti rəhbərlik edəcək.
Qeyd edək ki, bu təyinat Ukraynada həyata keçirilən son kadr dəyişikliklərinin davamı hesab olunur. SBU-nun əvvəlki müvəqqəti rəhbəri Yevhen Xmara müdafiə naziri vəzifəsini müvəqqəti icra etmək üçün yeni təyinat alıb və bundan sonra onun yerinə Aleksandr Poklad gətirilib.
//Samir Qurbanov, Editor.az

