Zelenski tanınmış hərbi rabitə mütəxəssisini özünə müşavir təyin etdibackend

Zelenski tanınmış hərbi rabitə mütəxəssisini özünə müşavir təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski tanınmış hərbi rabitə və radioelektron sistemlər üzrə ekspert Sergey “Fleş” Beskrestnovu müdafiənin texnoloji istiqamətləri üzrə prezidentin müşaviri təyin edib.

Bununla bağlı müvafiq sərəncam Ukrayna Prezident Ofisinin rəsmi saytında dərc olunub.
Sergey “Fleş” Beskrestnov uzun illərdir hərbi rabitə, radioelektron mübarizə (REM) və pilotsuz uçuş aparatlarına qarşı texnologiyalar sahəsində ekspert kimi tanınır.

Onun yeni vəzifədə Ukraynanın müdafiə texnologiyalarının inkişafı və müasir hərbi həllərin tətbiqi istiqamətində Prezident Administrasiyasına tövsiyələr verəcəyi gözlənilir.

//Samir Qurbanov, Editor.az