Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin iqtisadi nəticələri ölkənin kənd təsərrüfatına da ciddi təsir göstərir. Reuters agentliyinin məlumatına görə, yaxşı məhsul gözləntilərinə baxmayaraq, Rusiya fermerləri bu il böyük maliyyə itkiləri ilə üzləşməyə hazırlaşırlar.
Bildirilir ki, Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya neft emalı zavodlarına və Azov, həmçinin Qara dənizdəki Rusiya gəmilərinə zərbələri dizel yanacağı qıtlığına səbəb olub. Nəticədə logistika xərcləri artıb, taxılın daşınması və satışı isə daha da çətinləşib.
Fermerlər yanacaq çatışmazlığı, artan nəqliyyat xərcləri və ixrac problemlərinin məhsulun rentabelliyini ciddi şəkildə azaltdığını bildirirlər. Reuters-in qiymətləndirməsinə görə, bu amillər Rusiya kənd təsərrüfatı sektorunda maliyyə təzyiqini daha da gücləndirir.
//Samir Qurbanov, Editor.az

