ABŞ Senatında Ukraynaya 1,3 milyard dollarlıq yardım paketi gündəmə gətirildibackend

ABŞ Senatında Ukraynaya 1,3 milyard dollarlıq yardım paketi gündəmə gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatında çoxluğun lideri Con Tun Nümayəndələr Palatasının təsdiqlədiyi qanun layihəsinin Senatın gündəliyinə daxil edilməsi üçün prosedur addımlar atıb.

Qanun layihəsində Ukraynaya 1,3 milyard dollar həcmində hərbi yardımın ayrılması, eləcə də Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi nəzərdə tutulur.

The Hill nəşrinin məlumatına görə, bu addım sənədin Senatda müzakirəyə çıxarılması və yaxın vaxtlarda yekun səsvermənin keçirilməsi üçün hüquqi prosedurun başlanğıcı hesab olunur.
Qanun layihəsi Senatda da təsdiqlənərsə, onun qüvvəyə minməsi üçün ABŞ prezidentinin imzası tələb olunacaq.

//Samir Qurbanov, Editor.az