Macarıstan Avropa İttifaqı Şurasının Genişlənmə üzrə İşçi Qrupunun iclasında Ukraynanın Aİ-yə üzvlük danışıqları çərçivəsində 2 və 3 saylı danışıqlar klasterlərinin açılması prosedurunun başlanmasına veto qoyub.
Bununla yanaşı, Budapeşt Moldovanın 3-cü danışıqlar klasterinin açılmasına razılıq versə də, bu təşəbbüs Avropa İttifaqına üzv dövlətlərin əksəriyyətinin dəstəyini qazanmayıb. Nəticədə nə Ukrayna, nə də Moldova ilə bağlı hər hansı qərar qəbul edilməyib.
Məlumata görə, qərarın qəbul olunmaması Ukrayna və Moldovanın Avropa İttifaqına inteqrasiya prosesinin növbəti mərhələyə keçidini hələlik ləngidib.
Bu barədə “European Pravda” nəşri Avropa İttifaqındakı məlumatlı mənbələrə istinadən xəbər yayıb.
//Samir Qurbanov, Editor.az

