ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinə ünvanladığı açıq məktubu şərh edib.
Tramp jurnalistlərin “Zelenski və Putin ABŞ moderatorluğu olmadan birbaşa görüşməlidirmi?” sualına cavabında tərəflərin vasitəçisiz, üzbəüz görüşməli olduqlarını bildirib.
Onun sözlərinə görə, Ukrayna və Rusiya liderlərinin birbaşa danışıqları münaqişənin gələcək gedişinə təsir edə biləcək əsas addımlardan biri ola bilər.
Tramp həmçinin mövzu ilə bağlı fikrini ifadə edərkən “Mən onları bu vəziyyətə gətirdim” deyə qeyd edib.
ABŞ administrasiyası daha əvvəl də bəyan etmişdi ki, tərəflər arasında sülh prosesinin irəliləməsi üçün birbaşa siyasi dialoq vacibdir.
//Samir Qurbanov, Editor.az


