Ukrayna Krıma və Rusiya logistikasına təzyiqi artırır – yanacaq böhranı dərinləşirbackend

Ukrayna Krıma və Rusiya logistikasına təzyiqi artırır – yanacaq böhranı dərinləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya tərəfindən işğal olunmuş Krım yarımadası və Rusiya ordusunun təchizat xətlərinə qarşı zərbələri intensivləşdirib.

Bu hücumlar xüsusilə yanacaq infrastrukturunu və təchizat marşrutlarını hədəf alır.

Almaniyanın WELT nəşrinin məlumatına görə, həyata keçirilən sistematik hücumlar nəticəsində Krımda yanacaq çatışmazlığı daha da kəskinləşib və vəziyyət artıq yerli Rusiya rəsmiləri tərəfindən də etiraf olunur.
Beynəlxalq media və analitik hesabatlara əsasən, Ukrayna dronlarının son həftələrdə Krıma və Cənub cəbhəsinə gedən əsas logistika xətlərini hədəf alması nəticəsində:
yanacaq təchizatında ciddi fasilələr yaranıb,
yanacaqdoldurma məntəqələrində növbələr artıb,
satışlara məhdudiyyətlər və talon sistemi tətbiq edilib.
Krımda yerli administrasiya yanacaq satışına məhdudiyyətlər tətbiq edib və bəzi bölgələrdə benzinin paylanması normallaşdırılıb.

Analitiklər bu hücumları Ukraynanın “logistika təzyiq strategiyasının” bir hissəsi kimi qiymətləndirir. Məqsəd Rusiya ordusunun işğal olunmuş ərazilərdə təchizat imkanlarını zəiflətmək və hərbi əməliyyatların davamlılığını çətinləşdirməkdir.

Rusiya tərəfi isə yaranmış çətinlikləri təhlükəsizlik və “logistika fasilələri” ilə əlaqələndirir.

//Samir Qurbanov, Editor.az