Avropa Rusiya ilə danışıqlarda lider roluna hazır olduğunu açıqlayıbbackend

Avropa Rusiya ilə danışıqlarda lider roluna hazır olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa ölkələri Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya ilə aparılan danışıqlarda daha aktiv və aparıcı rol almağa hazır olduqlarını bəyan edib.

Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib. Məlumata görə, açıqlama “Politico” nəşrinə istinadən yayılıb.

Kornelius qeyd edib ki, Avropa tərəfi indiyədək əsasən ABŞ tərəfindən aparılan diplomatik prosesin davamını öz üzərinə götürməyə hazırdır. Onun sözlərinə görə, bu fəaliyyət ABŞ ilə sıx koordinasiya şəraitində həyata keçiriləcək.
Bəyanat London şəhərində Ukrayna, Fransa, Almaniya və Böyük Britaniya liderlərinin görüşündən sonra verilib. Görüşdə münaqişənin mümkün diplomatik həlli və gələcək danışıqların formatı müzakirə olunub.

Avropa rəsmilərinin açıqlamaları qitənin Ukrayna münaqişəsinin diplomatik həllində rolunu gücləndirmək niyyətini göstərir.

//Samir Qurbanov, Editor.az