Niderlandlar Ukrayna hərbi təlim proqramından çıxırbackend

Niderlandlar Ukrayna hərbi təlim proqramından çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandlar Böyük Britaniyanın rəhbərlik etdiyi “Interflex” proqramı çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin (VSU) hərbi hazırlıq layihəsində iştirakını dayandırmaq qərarına gəlib.

Editor.az xəbər verir ki, bu barədə məlumat ölkənin Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunub. Qərara əsasən, Niderlandlar Ukrayna hərbçilərinin Böyük Britaniyada keçirilən çoxmillətli təlim proqramından mərhələli şəkildə çıxacaq.
“Interflex” proqramı 2022-ci ildən etibarən Ukrayna hərbçilərinin hazırlanması məqsədilə həyata keçirilir və Böyük Britaniyanın rəhbərliyi ilə 10-dan çox ölkənin iştirakı ilə icra olunur.

Proqram çərçivəsində indiyədək on minlərlə ukraynalı əsgər təlim keçib.

Rəsmi açıqlamada qərarın səbəbi göstərilməyib. Lakin bildirilir ki, proqram yeni mərhələyə keçid edir və bəzi ölkələr öz iştirak formatlarını yenidən nəzərdən keçirir.
Niderlandların qərarı Ukraynanın müdafiə qabiliyyətinə beynəlxalq dəstəyin davam etdiyi bir dövrdə elan olunub və proqramın ümumi strukturu ilə bağlı dəyişikliklərin tərkib hissəsi kimi qiymətləndirilir.

//Samir Qurbanov, Editor.az