Nigar Fərhadın əri HƏBS EDİLDİ – FOTObackend

Nigar Fərhadın əri HƏBS EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilib.

Editor.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş onun rəhbərlik etdiyi “AID Group” xaricdə təhsil şirkəti ilə bağlıdır.

Hüquq-mühafizə orqanlarının ilkin araşdırması nəticəsində Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

“AID Group”un təsisçisi Nigar Fərhad və anası Arzu Əliyeva da dindiriliblər, onlarla bağlı araşdırma davam edir. Aparıcının ölkədən getməsi ilə əlaqədar sosial şəbəkələrdə yayılan iddiaların isə həqiqəti əks etdirmədiyi bildirilir.

Nigar Fərhadın əri HƏBS EDİLDİ - FOTO