Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı prezident Luiz İnasio Lula da Silva qalib elan edilib.
O, senator Flavio Bolsonaronu dörd milyondan çox səs fərqi ilə qabaqlayaraq ölkə tarixində dördüncü prezidentlik müddətini qazanıb.
Flavio Bolsonaro isə nəticələri qəbul etməyərək seçkilərin ləğv olunmasını tələb edə biləcəyini bildirib. O, bəzi seçki məntəqələrində səsvermə vaxtının uzadılmasını və digər prosedur məsələlərini əsas gətirib.
Bununla belə, Reuters-in məlumatına görə, nəticələrin dəyişdirilməsi ehtimalını əsaslandıran konkret sübutlar barədə məlumat verilməyib.
Lulanın qələbəsi Braziliyada sosial siyasət, yoxsulluğun azaldılması və əmək münasibətləri ilə bağlı proqramların davam etdirilməsi imkanlarını gücləndirir.
Bununla yanaşı, mühafizəkar qüvvələrin parlamentdəki mövqeləri onun iqtisadi və sosial təşəbbüslərinin həyata keçirilməsini çətinləşdirə bilər.
Yeni prezidentlik müddəti yüksək dövlət borcu, inflyasiya və iqtisadi artımla bağlı problemlərin həlli baxımından da sınaq olacaq. Seçkilərdən sonra yaranan siyasi gərginlik isə ölkədə demokratik institutlara və seçki nəticələrinə ictimai etimad məsələsini yenidən gündəmə gətirib.
//Samir Qurbanov, Editor.az

