Psixoloq münasibətlərdə emosional uzaqlığın səbəbini açıqlayıbbackend

Psixoloq münasibətlərdə emosional uzaqlığın səbəbini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Münasibətlərdə problemlər çox vaxt insanların sevgini qarşı tərəfin almaq istədiyi formada deyil, özlərinin almaq istədikləri şəkildə göstərməsi səbəbindən yaranır”.

Editor.az xəbər verir ki, bu fikirləri psixoloq Larisa Karavaytseva deyib. O bildirib ki,  tərəfdaşların bir-birinin sevgini ifadə etmə və qəbul etmə üsullarını düzgün anlaması münasibətlərin sağlam qalması üçün mühüm əhəmiyyət daşıyır.

Mütəxəssis bildirib ki, sevgini ifadə etməyin beş əsas forması var: dəstəkləyici sözlər, birlikdə keyfiyyətli vaxt keçirmək, hədiyyələr, praktiki yardım və fiziki təmas.

İnsanlar çox vaxt sevgilərini özlərinin qəbul etmək istədikləri formada göstərirlər. Lakin eyni davranış tərəfdaş tərəfindən tamamilə fərqli cür qəbul oluna bilər. Məsələn, bir insan üçün hava limanından qarşılanmaq sevgi və qayğının göstəricisi olduğu halda, digər insan bunu sadəcə rahatlıq üçün edilmiş hərəkət kimi qiymətləndirə bilər. Eyni şəkildə, sevgi sözləri də tərəflər kifayət qədər vaxt keçirmədikdə gözlənilən emosional təsiri yaratmaya bilər.

Psixoloqun sözlərinə görə, insanın sevgi ehtiyacı da zamanla dəyişə bilər:

“Adi günlərdə xoş sözlər daha vacib olduğu halda, xəstəlik zamanı praktiki yardım, münaqişədən sonra isə sakit söhbət və birlikdə vaxt keçirmək daha əhəmiyyətli ola bilər. Münasibətlərdə əsas məsələ yalnız tərəflərin sevgi dillərinin üst-üstə düşməsi deyil. İnsan həm də qarşı tərəfin göstərdiyi diqqəti düzgün dəyərləndirməli, onu kiçiltməməli və tərəfdaşının mövqeyini anlamağa çalışmalıdır.

Bunun üçün insan qarşı tərəfin etdiyi hərəkətlərin onda hansı hisslər yaratdığını müşahidə etməli, göstərilən qayğıya görə təşəkkür etməli və ehtiyaclarını sakit şəkildə izah etməlidir”.

Psixoloq hesab edir ki, münasibətlərdə əsas bacarıq yalnız istəklərini ifadə etmək deyil, həm də qarşı tərəfin sevgisinə cavab vermək və onu qiymətləndirməkdir:

“Bu yanaşma tərəfdaşlara bir-birinin sevgi dilini daha yaxşı anlamağa və hisslərini hər iki tərəf üçün aydın şəkildə ifadə etməyə imkan verir.

Bəzən insan gözlədiyi hər şeyi almadığını düşünür, halbuki qarşı tərəf sevgisini sadəcə fərqli formada göstərir. Bu fərqi görməyi öyrənmək münasibətlərdə qarşılıqlı anlayışı gücləndirir, emosional əlaqəni möhkəmləndirir və tərəflərin bir-birini daha yaxşı hiss etməsinə kömək edir”.

//Gülnarə Abasova, Editor.az