Kəmaləddin Heydərov Baş İdarəni ləğv etdibackend

Kəmaləddin Heydərov Baş İdarəni ləğv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyində (FHN) Baş İdarə ləğv edilib.

Dövlət qurumlarında aparılan müvafiq struktur islahatları çərçivəsində FHN-nin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsi ləğv olunub.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Qeyd edək ki, 24 dekabr 2024-cü ildən sözügedən idarənin rəisi polkovnik Kənan Aşurov idi. O, mərhum hüquqşünas, sabiq polis rəisi İsaxan Aşurovun oğludur./Qaynarinfo