TƏCİLİ! Gürcüstan-Rusiya sərhədində ŞOK YAŞANIR – İnsanlar QORXUDAbackend

TƏCİLİ! Gürcüstan-Rusiya sərhədində ŞOK YAŞANIR – İnsanlar QORXUDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Gürcüstan arasındakı nəqliyyat əlaqəsini təmin edən strateji magistralda fövqəladə vəziyyət yaranıb. Təbii fəlakət təhlükəsi səbəbindən hərəkətin qəfil dayandırılması minə yaxın vətəndaşın yollarda qalmasına səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, qadağa ölkələrarası yeganə quru yolu olan məntəqədə tətbiq edilib. Yaranmış risklər üzündən nəqliyyat vasitələrinin hər iki istiqamətə – nə Gürcüstana, nə də geriyə keçidinə icazə verilmir. Ərazidən keçən sürücülərin verdiyi məlumata görə, postlara çatmamış polis və aidiyyəti qurumlar maşınları saxlayaraq irəliyə getməyin həyati təhlükə daşıdığını bildirirlər. Çünki dağlıq zonada quraşdırılmış xüsusi sensorlar uçqun və qar-buz qopması təhlükəsinin real olduğunu qeydə alıb. Bunun ardınca sərhədin hər iki istiqamətində kilometrlərlə uzanan nəqliyyat sıxlığı və uzun tıxaclar əmələ gəlib.

Təhlükənin miqyası bununla bitməyib, Gürcüstan tərəfində yerləşən “Dariali” gömrük-keçid məntəqəsində də vəziyyət gərginləşib. Devdorak dərəsində quraşdırılmış avtomatik erkən xəbərdarlıq sistemi dərhal həyəcan siqnalı verib. Buna səbəb Terek çayında suyun səviyyəsinin qəfil dəyişməsi olub. Təhlükəsizlik protokoluna uyğun olaraq, dərhal məntəqənin şəxsi heyəti və orada olan mülki şəxslər təcili şəkildə təhlükəsiz əraziyə təxliyə ediliblər. Hazırda mütəxəssislər vəziyyəti izləyirlər və yolların nə zaman açılacağı hələ ki naməlum qalır.