Elman Paşayevin 5 milyonluq maşını hərracda satışa çıxarıldı – (Foto)backend

Elman Paşayevin 5 milyonluq maşını hərracda satışa çıxarıldı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada dələduzluq işi üzrə həbsdə olan azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev 5 milyon rubl (təxminən 101 min AZN) dəyərində “Range Rover” markalı avtomobilinin üzərinə qoyulmuş həbsin ləğvinə nail olmağa çalışıb.

Editor.az  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, 36,5 milyon rubldan (təxminən 743 min AZN) artıq borcla bağlı işi çərçivəsində 2024-cü ilin sentyabrında müsadirə edilmiş avtomobil xüsusi dayanacağa yerləşdirilib.

E.Paşayev Rusiya Müdafiə Nazirliyi ilə qüvvədə olan müqaviləsinə və Ukraynaya qarşı müharibədə iştirakına görə icraatın dayandırılmasına istinad edərək avtomobil üzərindəki məhdudiyyətləri aradan qaldırmağa çalışıb. Buna baxmayaraq, məhkəmə bu dəlilləri inandırıcı hesab etməyib. Nəticədə, hakim keçmiş vəkilin iddiasını rədd edib və avtomobil açıq hərracda satışa çıxarılıb.

Qeyd edək ki, azərbaycanlı hüquqşünasa qarşı maliyyə iddialarının kökü 2012-ci ilə gedib çıxır. Həmin vaxt Nikolay Deryabin adlı müştəri hüquqi xidmətlərin göstərilməsi üçün Paşayevə ödəniş edib. İş materiallarından aydın olur ki, vəkil işə başlamayıb və sonradan ondan imtina edib. Paşayev məbləğin bir hissəsini geri qaytarıb, 2022-ci ildə isə Moskva Şəhər Məhkəməsinin qərarı ilə vəkildən pulun qalığı, faizləri və dəbbə pullu tutulub.

Xatırladaq ki, sabiq vəkil Elman Paşayev 2024-cü ilin sentyabrında Moskvada saxlanılıb. Rusiya İstintaq Komitəsi Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluq) cinayət işi açıldığını, onun 300 min dollar (təxminən 510 min AZN) və 18,5 milyon rubl (təxminən 435 min AZN) qarşılığında bloqer Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyini bildirib. O, 2025-ci il sentyabrın 18-i Moskvada istintaq təcridxanasına göndərilib.