İran səfirindən Ermənistanda qalmaqallı addım: Təsadüfdür, yoxsa siyasi mesaj? – VİDEObackend

İran səfirindən Ermənistanda qalmaqallı addım: Təsadüfdür, yoxsa siyasi mesaj? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın İrəvandakı səfiri Xəlil Şirqulami Ermənistanın Sisian şəhərində keçirilən “Navasarad” festivalında qondarma “Artsax” pavilyonuna baş çəkib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir.

Məlumata görə, 10-11 avqust tarixlərində keçirilən festival İranın Lahican və Ermənistanın Sisian şəhərləri arasında qardaşlaşma sazişinin imzalanmasından sonra baş tutub.

Səfirin pavilyonda Azərbaycan mətbəxinə aid göyərti qutabının dadına baxdığı da görüntülərdə əks olunub. Diqqətçəkən məqamlardan biri isə diplomatın öncə tərcüməçidən fərqli olaraq “Artsax” deyil, Qarabağ ifadəsini işlətməsi, daha sonra isə qondarma “Artsax” adını bir neçə dəfə təkrarlaması olub.

Diplomatın Ermənistanda keçirilən festivalda hansı pavilyonu ziyarət etməsi özlüyündə şəxsi seçimi sayıla bilər. Ancaq Azərbaycanın ərazi bütövlüyünə qarşı separatçı rejimin adı ilə təqdim olunan pavilyona İran səfirinin baş çəkməsi siyasi və diplomatik baxımdan suallar yaradır.