PSJ UEFA Superkubokunun qalibi oldu – VİDEObackend

PSJ UEFA Superkubokunun qalibi oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ UEFA Superkubokunun qalibi olub.

Oxu.Az xəbər verir ki, Paris təmsilçisi həlledici qarşılaşmada İngiltərənin “Aston Villa” komandasına qalib gəlib – 2:1.

Qalib komandanın heyətində Xviça Kvaratsxeliya (20-ci dəqiqə) və Dezire Due (61-ci dəqiqə) fərqləniblər.

“Aston Villa”nın yeganə qolunu isə 45-ci dəqiqədə Brayan Maco vurub.

Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının, “Aston Villa” isə UEFA Avropa Liqasının qalibi kimi Superkubokun final matçında oynamaq hüququ qazanıb.