Şarja qoyulan Çin avtomobili PARTLADI – Saniyələr içində külə döndü – VİDEObackend

Şarja qoyulan Çin avtomobili PARTLADI – Saniyələr içində külə döndü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayətinin Şçyolkovo şəhəri yaxınlığında Çin istehsalı “Lixiang L6” markalı elektromobil şarjda olarkən yanıb.

Musavat.com xəbər verir ki, bu barədə “SHOT” telegram kanalı məlumat yayıb.

Hadisə “Varejki-3” kottec qəsəbəsində baş verib.

Maşının sahibi orada olmayıb. Qonşular partlayış səsi eşidib və yanıq qoxusu hiss edib, lakin kömək etmək mümkün olmayıb – avtomobil saniyələr içində külə dönüb.

Yanğın nəticəsində mühərrik hissəsindən əsər-əlamət qalmayıb. Salon da tamamilə yanıb.

İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub. Ehtimal edilir ki, sürücü şarj cihazını söndürməyi unudub.

Maşın 2024-cü il istehsalıdır. Rəsmi dilerdən 10 ay əvvəl 4,7 milyon rubl (95 min manat) qarşılığında alınıb.