ABŞ prezidenti Donald Trampın Türkiyədən uçuşu ilə bağlı həyata keçirilən gizli əməliyyatın detalları məlum olub.
Bu barədə “ABC News” məlumat yayıb.
Məlumatda bildirilir ki, Trampın planlaşdırılan uçuşundan 4-5 saat əvvəl onun gizli şəkildə başqa təyyarəyə keçirilməsi barədə qərar qəbul edilib.
Səbəb ABŞ xüsusi xidmət orqanlarının Türkiyədə İranla əlaqəli qruplaşmanın fəaliyyəti barədə məlumat əldə etməsi olub. Məlumatlara görə, həmin qruplaşma çiyindən atılan raketlə Türkiyəyə daxil olub və İran tərəfi Trampın Ankaradakı hərəkətlərindən xəbərdar olub.
Əməliyyat barədə yalnız məhdud sayda şəxsin məlumatı olub. ABŞ-ın müharibə naziri Pit Heqset Trampı Türkiyədən aparan təyyarəyə minib. Diqqəti yayındırmaq üçün isə dövlət katibi Marko Rubio və maliyyə naziri Skot Besant Air Force One təyyarəsində qalıblar.
Musavat.com

