Tətil ailə faciəsi ilə sona çatdı – Cəsədləri tapıldıbackend

Tətil ailə faciəsi ilə sona çatdı – Cəsədləri tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Giresunvilayətinin Görele rayonunda qeydə alınan güclü təbiət hadisəsi acı sonluqla bitib. Bölgəyə gələn tətilçilərin istirahəti faciə ilə nəticələnib, çayın daşması nəticəsində bir ailənin üzvləri suyun axıntısına qapılıblar.

NOCOMMENT.az xəbər verir ki, Hamzalı kəndinin dağlıq hissəsində leysan yağışların yaratdığı sel Hamzalı çayının daşmasına yol açıb.

Həmin vaxt su kənarında istirahət edən Kırca ailəsi təbii fəlakətin mərkəzində qalıb. Ata Mehmet Kırca çətinliklə də olsa sudan çıxmağı bacarsa da, həyat yoldaşı və övladları dalğaların altında itkin düşüblər.

Axtarış-xilasetmə qruplarının apardığı əməliyyatlar nəticəsində qızların cansız bəndləri məbəddən xeyli aralıda tapılıb, ananın cəsədi isə ertəsi gün suyun axını istiqamətində aşkarlanıb. Məlum olub ki, zərərçəkənlər İstanbuldan bölgəyə qonaq gəliblərmiş və qısa istirahətdən sonra geri dönməyə hazırlaşırmışlar.