Putin NATO-ya qarşı riskli addıma gedə bilər – The Hill mümkün ssenarini açıqladıbackend

Putin NATO-ya qarşı riskli addıma gedə bilər – The Hill mümkün ssenarini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı siyasi şərhçi Leon Aronun The Hill nəşrində dərc olunan məqaləsinə görə, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəsi ölkə daxilində uzun müddət qüvvədə olan qeyri-rəsmi “ictimai razılaşmanı” zəiflətməyə başlayıb.

Müəllif hesab edir ki, müharibənin iqtisadi və sosial nəticələri artıq Rusiya cəmiyyətinə də təsir göstərir.
Aronun fikrincə, Putin yaranmış vəziyyətdən çıxış yolu kimi NATO üzvü olan ölkələrdən birinə qarşı məhdud hərbi əməliyyata əl ata bilər.

Məqalədə ehtimal edilir ki, bundan sonra Kreml qoşunların geri çəkilməsi müqabilində müəyyən siyasi və ya təhlükəsizlik tələbləri irəli sürə bilər.

Müəllif vurğulayır ki, bu, hazırkı vəziyyətə dair mümkün ssenarilərdən biridir və rəsmi təsdiqlənmiş plan deyil. Bu qiymətləndirmə Leon Aronun şəxsi analitik mövqeyini əks etdirir.

//Samir Qurbanov, Editor.az