SEPAH ABŞ-ın iki hərbi bazasını raket atəşinə tutdubackend

SEPAH ABŞ-ın iki hərbi bazasını raket atəşinə tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus iki hərbi bazaya raket zərbələri endirdiyini açıqlayıb.
SEPAH-ın bəyanatına görə, hücum ABŞ-ın regiondakı hərbi fəaliyyətlərinə cavab xarakteri daşıyıb.

İran tərəfi əməliyyat zamanı iki Amerika hərbi obyektinin hədəfə alındığını bildirib.
ABŞ rəsmiləri isə hadisə ilə bağlı məlumatları araşdırdıqlarını və hücumun nəticələrinin dəqiqləşdirildiyini açıqlayıblar. Hələlik mümkün itkilər və dağıntılar barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda baş verən bu hadisə regionda təhlükəsizlik vəziyyətinin daha da mürəkkəbləşə biləcəyi ilə bağlı narahatlıqları gücləndirib.

//Samir Qurbanov, Editor.az