ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) hesabatına əsasən, Vaşinqton 155 millimetrlik artilleriya mərmilərinin istehsalını planlaşdırıldığı səviyyədə artıra bilməyib.
Buna əsas səbəb kimi Ukraynaya davamlı və yüksək həcmdə hərbi yardım çərçivəsində həyata keçirilən sursat tədarükləri göstərilir.
Hesabatda bildirilir ki, Ukraynadakı döyüş əməliyyatları nəticəsində artilleriya sursatına tələbatın kəskin artması ABŞ-ın istehsal gücünə əlavə yük yaradıb və istehsalın planlaşdırılan tempdə artırılmasını çətinləşdirib.
Pentaqon hazırda istehsal imkanlarının genişləndirilməsi və ehtiyatların bərpası istiqamətində tədbirlərin davam etdirildiyini vurğulayıb.
//Samir Qurbanov, Editor.az

