Belçika millisinin kapitanı “Mançester Yunayted”ə keçdibackend

Belçika millisinin kapitanı “Mançester Yunayted”ə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Mançester Yunayted” klubu Belçika milli komandasının kapitanı Yuri Tilemansın transferini rəsmən açıqlayıb.

Klubun rəsmi məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi “Aston Villa”dan “qırmızı şeytanlar”a transfer olunub. Tərəflər uzunmüddətli müqavilə imzalayıblar, lakin maliyyə şərtləri açıqlanmayıb.

Yuri Tilemans 2023-cü ildən “Aston Villa”nın heyətində çıxış edirdi. O, bundan əvvəl Belçikanın “Anderlext”, Fransanın “Monako” və İngiltərənin “Lester Siti” klublarında da forma geyinib.

“Mançester Yunayted” rəhbərliyi Tilemansın təcrübəsi və liderlik keyfiyyətlərinin komandanın orta xəttini gücləndirəcəyinə ümid edir. Transfer klubun yay transfer kampaniyasının ən diqqətçəkən gedişlərindən biri hesab olunur.

//Samir Qurbanov, Editor.az