Qazaxstandan Rusiyaya ölümcül zərbə: Rusiya şokdabackend

Qazaxstandan Rusiyaya ölümcül zərbə: Rusiya şokda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Rusiyaya “paralel idxal” kanalını bağlayıb.

Editor.az “İzvestiya”ya istinadən xəbər verir ki, bundan əvvəl sanksiya tətbiq edilən malların əsas axını bu ölkədən keçirdi. “Qazaxstan bu cür məhsullar üçün sərhəddə çətinliklər yaradır, sərhəd faktiki olaraq tədarükçülər üçün bağlanıb”, – “Qruzavtotrans” assosiasiyasının rəhbəri Vladimir Matyagin nəşrə bildirib.

Onun sözlərinə görə, indi Rusiyaya “sanksiyalaşdırılmış” malları daşıyan nəqliyyat Qazaxıstandan yan keçmək məcburiyyətində qalıb və təchizat kanalları Çin, İran, Gürcüstan, Azərbaycan və Ermənistana yönəldilib.

“The Moscow Times” qəzetinin yazdığına görə, mayın əvvəlində ABŞ Maliyyə nazirinin köməkçisi Elizabet Rozenberqin başçılıq etdiyi Amerika nümayəndə heyəti Qazaxıstana səfər edib. Onlar hökumət rəsmiləri və biznes nümayəndələri ilə bir sıra görüşlər keçiriblər və bu görüşlərdə Rusiya Federasiyasına sanksiyalardan yan keçməyə kömək etdiklərinə görə ikinci dərəcəli sanksiyalar barədə xəbərdarlıq ediblər. Qəzetin yazdığına görə, deyəsən, ABŞ-ın siqnalı Astanada eşidilib.

//Samir Qubanov,Editor.az