Cümə axşamı, aprelin 14-də Kolumbiya millisinin, Madrid “Real”ının və “Napoli”nin sabiq futbolçusu Freddi Rinkon vəfat edib.
Əfsanəvi kolumbiyalı 55 yaşında dəhşətli qəza nəticəsində dünyasını dəyişib. “Kolumbiya Futbol Federasiyası Rinkonun vəfatından dərin təəssüf hissi keçirir. Bu, onun ailəsi və dostları, eləcə də idmanımız üçün böyük itkidir, biz onun üçün darıxacaq və böyük sevgi, minnətdarlıq, hörmət və heyranlıqla xatırlayacağıq”, – federasiyanın açıqlamasında belə deyilir. Rinkonun ölümü ilə bağlı FİFA da bəyanat yayıb: “Onun yaxınlarına, keçmiş komanda yoldaşlarına və oynadığı klubların, eləcə də üç dünya çempionatında təmsil etdiyi Kolumbiya millisinin azarkeşlərinə dərin hüznlə başsağlığı veririk. Rahat yatın”.
Xatırladaq ki, aprelin 11-də Kali şəhərində Rinkonun avtomobili avtobusla toqquşub və futbolçu çoxsaylı kəllə-beyin xəsarətləri almışdı. O, xəstəxanaya çatdırılaraq əməliyyat olunmuşdu. Freddie Rincon: futbolçu haqqında nə məlumdur Freddy Rincón 1990-cı illərdə Kolumbiya millisinin simvolu idi. Kolumbiya millisinin tərkibində 84 oyun keçirib və 17 qol vurub. Kolumbiya milli komandasının tərkibində 1990, 1994 və 1998-ci illərdə dünya çempionatında iştirak edib. Avropa klub futbolunda isə Rinkon “Napoli” və “Real Madrid”də çıxış edib.
Bundan başqa o, Santa Fe, America de Cali (ikiqat Kolumbiyanın çempionu), Palmeiras (1994-cü ildə Braziliya çempionu, 1994-cü ildə San Paulo əyalətinin çempionu), Palmeiras, Corinthians (ikiqat Braziliya çempionu), həmçinin Santos və Kruzeyro klublarında çıxış edib 2000-ci ildə kolumbiyalı pleymeyker “Korintians”la Klublararası Dünya Kubokunu qazanıb. 2004-cü ildə kolumbiyalı futbolu tərk edib. Bu yaxınlara qədər Kolumbiya televiziyasında şərhçi kimi çalışıb.
Editor.az


