İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfər edib. O, oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında iştirak edəcək.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, İsrail dövlət başçısı oktyabrın 14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb.
Prezidenti Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.


