Özbəkistan Prezidenti Azərbaycana gəlirbackend

Özbəkistan Prezidenti Azərbaycana gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə yola düşüb. Səfər çərçivəsində dövlət başçısının Bakıda keçiriləcək beynəlxalq sammitdə iştirakı və bir sıra mühüm görüşlər keçirməsi planlaşdırılır.

Editor.az xəbər verir ki, bu barədə məlumat Mirziyoyevin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılıb.

Bildirilib ki, Özbəkistan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə oktyabrın 14-də Bakıya yola düşüb.

Şavkat Mirziyoyev paytaxtda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında iştirak edəcək. Səfər zamanı onun digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də görüşlər keçirməsi və danışıqlar aparması nəzərdə tutulur.