SAXAL “Hizbullah”ın bir qrup üzvünü öldürüb – VİDEObackend

SAXAL “Hizbullah”ın bir qrup üzvünü öldürüb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Livanda “Hizbullah” hərəkatının bir qrup döyüşçüsünü və raket buraxılış qurğusunu məhv etdiyini bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) nümayəndələri “X” sosial şəbəkəsində paylaşım ediblər.

Məlumata görə, hadisə İsrail qüvvələrinin Livanın cənubundakı əməliyyat zonasına bitişik Nəbatiyyə bölgəsində baş verib.

SAXAL hərbçilərinin bildirdiyinə əsasən, “Hizbullah”ın qumbaraatanla silahlanmış bir qrup döyüşçüsü aşkarlanıb.

“Hədəf müəyyən edildikdən sonra SAXAL zərbə endirib”, – deyə ordunun mətbuat xidməti bildirib.

İsrail tərəfi əməliyyat nəticəsində “Hizbullah” döyüşçülərinin öldürüldüyünü, həmçinin raket buraxılış qurğusunun məhv edildiyini iddia edib.