Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski müdafiə naziri vəzifəsindən ayrılan Mixail Fedorovun istefasına ilk dəfə açıq münasibət bildirib.
Sırski Telegram kanalında paylaşdığı mesajda Fedorova ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində gördüyü işlərə görə təşəkkür edib. O, Fedorovun bundan sonra da “Ukrayna komandasının tərkibində qalacağına” və dövlətə xidmətini davam etdirəcəyinə ümid etdiyini vurğulayıb.
Baş komandan paylaşımında Fedorova gələcək fəaliyyətində uğurlar arzulayaraq, onun Ukraynanın müdafiəsi və təhlükəsizliyi naminə bundan sonra da mühüm töhfələr verəcəyinə inandığını qeyd edib.
//Samir Qurbanov, Editor.az

