Tələbələr xaricə qaçır: Azərbaycan universitetləri xarici universitetlərdən geri qalır? – Elçin Əfəndidən AÇIQLAMAbackend

Tələbələr xaricə qaçır: Azərbaycan universitetləri xarici universitetlərdən geri qalır? – Elçin Əfəndidən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb və tələbələrin əksəriyyəti seçimini xarici universitetlərə edib.

Maraqlıdır, bu seçimlərin xarici ölkələr olması Azərbaycan universitetlərinin magistratura səviyyəsi üçün ixtisaslara geniş yer verməməsindən qaynaqlanır, yoxsa Azərbaycan Universitetləri təhsil və imkan baxımından xarici universitetlərdən geri qaldığı üçün?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi abituriyentlərin və bakalavrların ali təhsil müəssisələrinə qəbulu ilə bağlı prosesin yekunlaşmasından bəhs edib:

“Nəticə etibarilə artıq bu marafon sona doğru yaxınlaşır. Biz iki həftə sonra yeni tədris ilinə başlayacağıq. Bir tərəfdən sevindirici haldır ki, həm magistr, həm də bakalavr pilləsi üzrə həmvətənlərimiz yüksək bal topladılar. Amma təəssüflənirik ki, onlar ölkə universitetlərini deyil, xarici universitetləri seçdilər. Bunun bir neçə səbəbi var. Ən başlıcası odur ki, həmin tələbələr daha yaxşı təhsil almaq prinsipi ilə xarici universitetlərə üz tuturlar. Ölkəmizdə çox az universitet var ki, onların təhsil səviyyəsi tələbələri qane edir. Buna misal olaraq Bakı Ali Neft Məktəbi, ADA universiteti, Xəzər universitetini göstərə bilərik. Digərlərində isə təhsilin keyfiyyətinin o qədər də yüksək olmaması ixtisaslaşma dövründə abituriyentlərin bu istiqamətdə təhsil almasının qarşısını alır, onlar da əlacsızlıqdan xarici ölkələrdə təhsilini davam etdirməyə üstünlük verirlər. Azərbaycanda bütün təhsil pilləsi üzrə müvafiq islahatlara, müasirləşməyə ehtiyac var. Eyni zamanda yataqxanalar,müasir laboratoriyalar da qurulmalıdır. Bütün bunları təmin etdiyimiz halda xaricə axının müəyyən qədər qarşısını ala bilərik. Bununla yanaşı təhsil haqqı məsələlərinin də hamı üçün əlçatanlığına diqqət etməli və təhsil alan tələbələrə də müəyyən güzəştlər edilməlidir. Belə olan halda ölkəmizdə bütün təhsil pillələri üzrə təhsil almaq istəyənlərin sayında artım olacaq”.

//Safura Bənnayeva, Editor.az