Rusiyanın Ukraynaya raket hücumlarını artırdığı bir vaxtda, Moskva dünyada müşahidə olunan kritik Patriot hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığından istifadə edir.
Bu barədə The Guardian nəşri yazır.
Məlumata görə, ABŞ istehsalı artırsa da, raket çatışmazlığının təsirləri uzun müddət hiss olunacaq. Analitiklərin fikrincə, problemin ən kəskin mərhələsi ən azı 2-3 il davam edə bilər.
Qeyd olunur ki, istehsal gücünün artırılması istiqamətində ilk addımlar Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan dərhal sonra atılıb. Lakin müdafiə sənayesində istehsalın genişləndirilməsi uzun vaxt tələb etdiyindən çatışmazlığın qısa müddətdə aradan qaldırılması mümkün görünmür.
//Samir Qurbanov, Editor.az


