Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə ötən gün rayonun 28 May qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, Yevlax sakini 1989-cu il təvəllüdlü Qəlbinur Məmmədov yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Hadisədə onun bacısının əri, 30 yaşlı Taleh Qurbanov şübhəli bilinir.
Ailə yaxınları isə hər iki şəxsin münasibətlərinin normal olduğunu, bir-biri ilə qardaş kimi yola getdiyi iddia ediblər.
Yevlax sakini olan T.Qurbanov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Ətraflı RTV-nin sujetində:


